Minifutbol üzrə dünya çempionu olan Azərbaycan yığmasının oyunçuları şəhər gəzintisində

08.06.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə Bakıda şəhər turu keçirilir.

Oxu.Az xəbər verir ki, şəhər turunda dünya çempionatında mübarizə aparan azərbaycanlı futbolçular iştirak edirlər.

Marşrut şəhərin tarixi və görməli yerlərindən keçir.

Bundan sonra konsert proqramının keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığmasını məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında keçirilən qarşılaşma yığmanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью