Minifutbol yığmamız beynəlxalq turnirdə finala yüksəlib

01.05.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan minifutbol yığması Slovakiyada keçirilən növbəti Millətlər Liqası turnirində finala yüksəlib.

İdman.biz xəbər verir ki, yarımfinalda Belçika ilə qarşılaşan Azərbaycan komandası rəqibinə 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

Millimiz ötən gün Ukrayna ilə 2:2 hesablı bərabərə qalıb, Slovakiyaya isə 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, ötən həftə Azərbaycan yığması Monteneqroda keçirilən analoji turnirin qalibi olub.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью