Minik avtomobili motosikletlə toqquşdu: bir nəfər xəsarət aldı

24.06.2025

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ucar rayonunda növbəti yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən Heydər Əliyev prospektində qeydə alınıb. Minik avtomobili motosikletlə toqquşub.

Qəza zamanı motosikletin sürücüsü, 1980-ci il təvəllüdlü rayon sakini Xasməmmədov Teymur Çingiz oğlu müxtəlif bədən xəsarətləri alıb və dərhal xəstəxanaya çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью