Minik avtomobili traktora ÇIRPILDI: 7 nəfər ölüb

30.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Pakistanın Pəncab əyalətində baş vermiş yol-nəqliyyat hadisəsində azı yeddi nəfər ölüb.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Qəzetə görə, hadisə Tandlianvala yaşayış məntəqəsi yaxınlığında şəhərlərarası yolda baş verib. Burada minik avtomobili sürətlə traktora çırpılıb.

Qeyd olunub ki, olaya səbəb qatı dumana görə görüntünün zəif olması olub.

Qəza nəticəsində yeddi nəfər həlak olub, daha iki nəfər xəsarət alıb. Nəşrin məlumatına görə, yaralılar ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью