Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq. Biləsuvar rayonunda ağır yol-nəqliyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilləri toqquşub və idarəetmədən çıxaraq aşıb.
Qəzada xəsarət alan rayonun İsmətli kənd sakinləri Əfqan və Nadir Qəfər oğlu Qarayev qardaşları Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktu