Minimum əmək pensiyası ilə bağlı dəyişiklik 1 fevraldan qüvvəyə minir

21.01.2025

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Minimum əmək pensiyası ilə bağlı dəyişiklik 1 fevraldan qüvvəyə minir.

“Qafqazinfo” xəbər verir ki, bu, “Əmək pensiyaları haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Bu Qanuna uyğun olaraq, təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödəniləcək.

Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab ediləcək.

Qeyd edək ki, fevralın 1-dən əmək pensiyasının minimum məbləği 320 manat olacaq.

Nuranə Daxilqızı  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью