Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olundu. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır.
Bizim.Media xəbər verir ki, sözügedən məsələ ilə bağlı oxu.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov xatırladıb ki, sözügedən dəyişiklik 2026-cı ilin fevralında Prezident İlham Əliyev tərəfindən təsdiq olunub.
O bildirib ki, 2027-ci ilin fevralınadək minimum əməkhaqqıya yenidən baxılacaq:
"Məhz bu konteksdə minimum əməkhaqqının artacağı gözlənilir. Çünki bu, Əmək Məcəlləsinə edilən dəyişikliklərin əsas istiqamətlərindəndir. Sosial təminat tədbirləri çərçivəsində müntəzəm olaraq minimum maaşların və digər sosial ödənişlərin artmasını müşahidə edirik.
Son altı ildə həyata keçirilən beş sosial paketin də əsas istiqaməti artımla bağlıdır. Artımın 2027-ci ilin büdcəsində nəzərdə tutulacağı gözlənilir. Büdcə paketi parlamentə daxil olduqdan sonra konkret rəqəmlər barədə müzakirə aparmaq olar.
Eyni zamanda, pensiyaların indeksləşdirilməsi də yanvarda baş verəcək və bu, 2026-cı ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq aparılacaq. 2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitin həcmi ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu 17 milyard manatdan artıq məbləğin bu sahəyə yönəldiləcəyindən xəbər verir".
Qeyd edək ki, Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manat, yaşa görə minimum əmək pensiyası isə 320 manat təşkil edir.
Bizim.Media