Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “Minimum əməkhaqqı sektorlar üzrə müəyyənləşsin”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Bəzi sektorlarda əməkhaqqı kifayət qədər yüksəkdir. Burada təbii ki, minumum əməkhaqqının ölkə üzrə eyni səviyyədə müəyyənləşdirilməsi həmi
Minimum əməkhaqqı ilə bağlı əsas meyarları müəyyənləşdirmişik.
Təklif etmək istəyərdim ki, bütün hallarda istehsal sahələri və sektorlar üzrə minimum əməkhaqqı məbləğinin fərqli müəyyənləşdirilməsinə baxaq və ya bu məsələni müzakirə edək.
Əgər məqsədəuyğun hesab olunarsa, növbəti mərhələdə təkcə ölkə üzrə vahid, yəni fiks minimum əməkhaqqı məbləğinin deyil, istehsal sahələri və sektorlar üzrə minimum əməkhaqqı məbləğlərinin müəyyənləşdirilməsi həyata keçirilə bilər”, - deyə deputat qeyd edib.
Nuranə Daxilqızı Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.