Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, 2025-ci ildə minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq.
Bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.
"Minimum istehlak səbətinin tərkibinə baxılması məsələsi İqtisadiyyat Nazirliyinin daim gündəmdə saxladığı məsələdir.
Bununla bağlı müəyyən İşçi Qrupu fəaliyyət göstərir. Həmin İşçi Qrupunun ən sonuncu görüşü 2021-ci ildə baş tutub.
Səbətin tərkibinə baxılıb və saxlanılması qərarına gəlinib. 2025-ci ildə İşçi Qrupun yenidən görüşünü planlaşdırırıq.
Mövcud iqtisadi vəziyyətə uyğun minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq", - deyə H.Hüseynov bildirib.Qeyd edək ki, Azərbaycanda minimum istehlak səbətinin tərkibi Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli qərarı ilə təsdiq edilib.
İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri ilə hesablanır.