Minimum pensiya bu qədər olacaq

18.11.2024

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur”.

“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

“Sosial təminat xərcləri üçün dövlət büdcəsindən 4 milyard 812 milyon manat vəsait nəzərdə tutulub. Bu da 9.6% artım deməkdir”, - deyə nazir qeyd edib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью