Minlərlə argentinalı daşqınlar səbəbindən təxliyə olundu

18.05.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Argentinanın paytaxtı Buenos-Ayresin şimalında 2 mindən çox sakin uzun sürən leysan yağışların yaratdığı daşqınlar səbəbindən təxliyə edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat verib.

Qeyd olunur ki, təbii fəlakət avtomobil yollarının, kənd təsərrüfatı sahələri və yaşayış massivlərinin tamamilə suyun altında qalmasına səbəb olub.

Qeyd olunur ki, son üç gündə 300-400 mm yağıntı düşüb ki, bu da orta aylıq normadan təxminən on dəfə çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью