Minlərlə argentinalı Messiyə görə küçələrə axışdı VİDEO

07.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Argentina futbol millisi ulduz hücumçu Lionel Messinin yığma komandadakı vida matçında Benin seçməsini 3:0 hesabı ilə məğlub edib.

"Yeni Sabah" xəbər verir ki, Buenos-Ayresdəki "Monumental Antonio Vespussi Liberti" stadionunda keçirilən qarşılaşmadan əvvəl tribunaya Messinin 10 nömrəli formasının və "GRACIAS" yazısının əks olunduğu nəhəng banner açılıb.

Əfsanəvi hücumçu Argentina millisində ilk oyununu 2005-ci ilin avqustunda Macarıstana qarşı keçirilən yoldaşlıq görüşündə (2:1) keçirib. Messi yığmanın heyətində ümumilikdə 208 matçda 126 qol vurub və 69 məhsuldar ötürmə edib. Dominos pizza

O, Argentina ilə 2022-ci ildə dünya çempionu olub, iki dəfə Amerika Kubokunu (2021, 2024) və 2022-ci ildə Finalissimani qazanıb.

Messi daha əvvəl 2026-cı il dünya çempionatından sonra Argentina millisində çıxışını başa çatdıracağını açıqlayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью