Minlərlə azarkeş Ronaldonun toyunu gözlədi, amma...

11.08.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Minlərlə azarkeş Ronaldonun toyunu gözlədi, amma...

Portuqaliyalı ulduz Kriştiano Ronaldonun toy xəbəri minlərlə azarkeşi Madeyrada Funşal şəhərindəki kafedral kilsəyə toplasa da, onlar gözlədikləri mənzərə ilə qarşılaşmayıblar.

QOL.az ESPN-ə istinadən xəbər verir ki, Ronaldonun sevgilisi Corcina Rodrigeslə avqustun 8-də evlənəcəyi barədə mediada və sosial şəbəkələrdə xəbərlər yayılmışdı. Bundan sonra azarkeşlər və jurnalistlər futbolçunu görmək ümidi ilə kilsənin qarşısına toplaşıblar.

Lakin kilsəyə gələn gəlin Rodriges deyil, Nikol adlı qadın olub. Onu içəridə nişanlısı Fabio gözləyib. Kafedral da sonradan nikah mərasiminin məhz Nikol və Fabionun toyu olduğunu təsdiqləyib.

Çoxsaylı jurnalist və turistlərin yaratdığı izdiham səbəbindən gəlinin kilsəyə daxil olması çətinləşib. Cütlük mərasimi sakit keçirmək üçün hətta kilsənin qapılarını bağlamalı olub.

Ronaldo isə baş verənlərə sosial şəbəkədə gülüş emojiləri ilə reaksiya verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью