Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Green Card” proqramının müvəqqəti olaraq dayandırılması müzakirə obyekti olub.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti məlumat yayıb.
Hazırda proqramının ləğv edilib-edilməməsi və ya müraciətlərin niyə dayandırılması ilə bağlı suallar milyonlarla insanı düşündürür.
ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem məsələyə aydınlıq gətirib.
O, proqramın qeyri-müəyyən müddətə dayandırıldığını deyib.
Müraciətlərin nə vaxt bərpa olunacağı ilə bağlı rəsmi tarix açıqlanmayıb.
Qeyd edək ki, “Green Card” təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən dayandırılıb. ABŞ Daxili Təhlükəsizlik Departamenti 13 dekabrda Braun Universitetində iki nəfərin ölümü ilə nəticələnən atışmanı əsas gətirib. Cinayətkarın əvvəllər ABŞ-a “Green Card” vasitəsilə daxil olduğu bildirilib. Hadisədən sonra proqramın milli təhlükəsizlik baxımından yenidən qiymətləndirilməli olduğu vurğulanıb.
Xatırladaq ki, hər il Azərbaycandan da minlərlə şəxs ABŞ-da daimi yaşamaq və işləmək hüququ verən “Green Card” proqramına müraciət edir.
Əliyar Xəlil
Globalinfo.az