Icma.az, Oxu.az portalına istinadən məlumat verir. Gizli hökumət sxemi çərçivəsində minlərlə Əfqanıstan vətəndaşı Böyük Britaniyaya aparılıb
Oxu.Az bu barədə "Financial Times" qəzetinə istinadla xəbər verir.
Məlumata görə, "Taliban" hərəkatı 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə gəlməzdən qabaq Londonla sıx əməkdaşlıq etmiş 25 minə yaxın əfqanın şəxsi məlumatları 2022-ci ilin fevralında təsadüfən internetə düşüb.
Bildirilir ki, məlumatların sızması Britaniya Müdafiə Nazirliyinin əməkdaşı ucbatından baş verib. O, məlumatları bilmədən paylaşıb.
Böyük Britaniya hökuməti məlumatların sızması barədə yalnız 2023-cü ilin avqustunda xəbər tutub və həmin insanların krallığa köçürülməsi proqramına start verib.
İndiyədək təqribən 18 500 əfqanın ölkəyə gətirildiyi vurğulanır. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.