Minlərlə qaranquş səmada “quş tornado”su yaratdı VİDEO

19.09.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın Massaçusets ştatında minlərlə ağac qaranquşunun eyni anda havaya qalxması qeyri-adi görüntülərə səbəb olub.
Bizim.Media “CBS News”a istinadən xəbər verir ki, görüntülər Nyu-Bedford yaxınlığındakı Parker River Milli Vəhşi Təbiət Qoruğunda qeydə alınıb.
 

ABŞ Daxili İşlər Nazirliyi tərəfindən yayılan videoda quşların böyük dəstə halında uçduğu görünür. Bu hadisə sosial şəbəkələrdə “birdnado” (“quş tornado”su) adlandırılıb.


Mütəxəssislərin sözlərinə görə, qaranquşlar payız miqrasiyası zamanı cənuba doğru hərəkət edərkən qoruğun bataqlıqlarında dincəlir, həşərat və giləmeyvə ilə qidalanırlar. Miqrasiya dövründə ərazidə böyük quş sürüləri toplanır.
Qeyd edək ki, 1971-ci ildə yaradılan Parker River qoruğu 4 700 hektardan çox ərazini əhatə edir. Burada 300-dən çox quş növünə rast gəlinir.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью