Minlərlə suriyalı Livan sərhədini qanunsuz keçdi KONKRET

08.12.2024

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dəməşqin süqutundan sonra minlərlə Suriya vətəndaşı Livan sərhədini qanunsuz keçib.

KONKRET.az xəbər verir ki, bu barədə Livanın Baalbek-Hermel əyalətinin qubernatoru Bəşir Xader RİA Novosti-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, suriyalılar bunu Suriya Ərəb Respublikasında silahlı müxalifətin irəliləyişindən qaçaraq Hermel hökuməti ərazisində qeyri-qanuni sərhəd keçidləri vasitəsilə ediblər.

Rəsmi həmçinin bildirib ki, Suriya vətəndaşlarının əksəriyyəti öz ölkəsinin rəhbərliyinin tərəfdarları və şiə məzhəbinin nümayəndələridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью