Minlərlə ukraynalı qaçqın Britaniyadakı işlərini itirə bilər

16.01.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Britaniyaya gələn minlərlə ukraynalı qaçqın vizanın uzadılmasına dair yeni qaydalara əsasən işlərini itirə bilər.

APA xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti “Opora” xeyriyyə təşkilatına istinadən məlumat yayıb.

“Britaniyadakı ukraynalı qaçqınlar işlərini itirirlər, çünki onların vizaları müddətinin bitməsinə bir ay qalmışdan tez uzadıla bilməz”, - məlumatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью