Minlərlə xəstə orqan gözləyir, amma çoxu ümid etmədiyi üçün siyahıya düşmür

31.01.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“İlk meyit donor transplantasiyasından sonra insanların ümidləri real şəkildə dəyişməyə başladı”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin rəhbəri Yeganə Abbasova çıxışı zamanı deyib.

Yeganə Abbasova bildirib ki, hazırda əməliyyat gözləyən onlarla, ümumilikdə isə minlərlə ağır xəstə Azərbaycanda orqan transplantasiyasına ehtiyac duyur. Onun sözlərinə görə, ölkə üzrə 4642 Azərbaycan vətəndaşı dializ müalicəsi alır, lakin onların böyük hissəsi vahid gözləmə siyahısında qeydiyyatdan keçmir.

Mərkəz rəhbəri qeyd edib ki, bunun əsas səbəbi insanların illərdir orqan tapılacağına inamlarının olmamasıdır. O bildirib ki, bir çox xəstənin nə yaxın qohumları arasında uyğun canlı donor tapılır, nə də meyit donorundan orqan əldə ediləcəyinə ümidləri var. Bu səbəbdən onlar gözləmə siyahısına düşməyə belə cəhd etmirlər.

Yeganə Abbasova vurğulayıb ki, vəziyyət ilk meyit donorundan orqan köçürülməsindən sonra dəyişməyə başlayıb: “Bu proses ilk dəfə fevral ayında baş verdi və həmin vaxtdan sonra ölümündən sonra orqanlarını bağışlamağa razılıq verənlərin sayı əhəmiyyətli dərəcədə artmağa başladı”.

Onun sözlərinə görə, bu dəyişiklik cəmiyyətdə orqan donorluğuna münasibətin formalaşmağa başladığını və insanların artıq real nəticələr gördükdən sonra ümidlərinin artdığını göstərir.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью