Minlərlə zəvvar Səudiyyə Ərəbistanından ölkəsinə dönə bilmir

20.06.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran və İsrail arasındakı münaqişə Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən iranlılara mənfi təsir göstərib.

Bizimyol.info xəbər verir ki, Səudiyyə Ərəbistanına gedən 12500-ə yaxın iranlı zəvvar qarşıdurma səbəbindən bölgədəki mülki uçuşların dayandırılmasından sonra Mədinədə qalıb.

İran mətbuatı: "Şərq əyalətlərindən gələn zəvvarlar üçün qonşu ölkələrin hava limanlarından istifadə edilməsi nəzərdə tutulurdu, lakin bu həyata keçirilmədi", - deyə məlumat verib. İran rəsmiləri isə zəvvarların quru sərhəd qapıları vasitəsilə geri qayıtmalarını asanlaşdırmaq üçün Səudiyyə Ərəbistanı və İraqla koordinasiyada halında olduqlarını bildirdilər.

Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən verilən açıqlamada iranlı zəvvarların bütün ehtiyaclarının asanlaşdırıldığı, eləcə də onların vətənlərinə və ailələrinə təhlükəsiz şəraitdə qayıtmaları üçün münasib şərait yaradılana qədər onlara bütün lazımi xidmətlərin göstəriləcəyini bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью