Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) agentlərinin əməliyyatı zamanı bir nəfərin ölməsi ilə nəticələnən insidentdən sonra şəhərdə vəziyyət kəskin şəkildə gərginləşib.
İdman.Biz xəbər verir ki, küçələrdə etiraz aksiyalarının genişlənməsi və təhlükəsizlik risklərinin artması fonunda NBA rəhbərliyi operativ qərar qəbul edib. Bu gün keçirilməsi planlaşdırılan “Golden State Warriors” və “Minnesota Timberwolves” komandaları arasındakı qarşılaşma ictimai təhlükəsizlik səbəbilə son anda təxirə salınıb.
Yerli mənbələr etirazların xüsusilə arena ətrafında intensivləşə biləcəyi ehtimalını yüksək qiymətləndirib və bu səbəbdən oyunun keçirilməsinin riskli sayıldığını qeyd ediblər.
Minneapolisdə təhlükəsizlik vəziyyəti hazırda nəzarət altında saxlanılsa da, şəhərdə fövqəladə ab-hava davam edir.