Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın NATO vasitəsilə Kiyevə əlavə silah yardımı göndərilməsinə razılıq verməsinə görə ona təşəkkür edib.
Zelenski bildirib ki, bu qərar Ukrayna xalqının həyatının qorunmasına töhfə verəcək.
“Xalqımızın həyatlarının qorunmasına dəstək olmaq istəyinə görə Prezident Trampa minnətdaram”, – deyə Zelenski vurğulayıb.
"AzPolitika.info"