Minnətdarlıq imkanı | Icma.az
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mən yetişdim atəşlə suÖpüşdüyü bir ölkədəİzləyirkən sevgi yoluAcı duydum hər kölgədən.
Dahi Hüseyn Cavid Azərin bu nidaları ilə əslində öz tərcümeyi-halını, yoxsul ikən zənginləri diz çökdürən diləklərini, müdrik arif olduğu halda təvazö ilə bilmədiklərinin ənginliklərə qədər gedib çıxdığını, mülayim olsa da dalğaları atəş püskürən dənizini, aciz olsa da sülh uğrunda qovğalardan usanmadığını, qaval çalıb vicdanları inlədən çoban olduğunu elə məharətlə ifadə edib ki, bu poetik parça bütöv bir dövrü, ulusu tərif edən fəlsəfəyə çevrilib.
Təkcə Azərin cavabı şairin düşüncə tərzi, ifadə üsulu ilə müəllifin ölçüyəgəlməz imkanından xəbər verir.
Bu söhbətin mövzusu isə Cavid yaradıcılığını təhlil etmək deyil, nəşi 1982-ci ilin dekabrında Vətənə gətirilmiş acı taleli şairin xatirəsi ilə bağlı bir tarixi görüşdür.
Sovet dövlətinin varlığının sona yaxınlaşdığı 1991-ci il idi.
Amma təbii ki, heç kim, hətta özlərini öncəgörən hesab edən güclü ekstrasenslər belə bu sonluğu ağla gətirmirdilər.
Belə bir vaxtda Moskvadakı tanışlarımdan biri yaranmış vəziyyətdən düzgün istifadə edərək, biznes fəaliyyətinə başlamış, rəqabətin hələ az olduğuna görə uğurlar qazanmış həmyerlimiz məndən xahiş etdi.
Tam oxu
Xəbəri oxu