Minsk: Litva özünü dəcəl uşaqlar kimi aparır

26.11.2025

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko bildirib ki, Litva hakimiyyəti Belarusla sərhəddə yaranmış vəziyyətdə “özünü pis aparan incimiş uşaqlar” kimi davranır.
"Bu, siyasi oyundur. Bu, uşaqlara bənzəyir ki, kimdənsə və hansı səbəbdən inciyir. Əminəm ki, gec-tez buna son qoyulacaq. Dövlət başçısının [Aleksandr Lukaşenkonun] dediyi kimi, bu, Xarici İşlər Nazirliyi ilə danışıqlar yolu ilə sivil həll olmalıdır",
Oktyabrın 29-da Litva birtərəfli qaydada Belarusla sərhədini bir ay müddətinə bağladı. Buna cavab olaraq Minsk Litva yük maşınlarının sərhədi keçməsini dayandırıb və onları pullu dayanacaqlarda saxlamağı əmr edib. Nəticədə 1800-dən çox Litvalı yük maşını Belarusda qapalı qaldı. Litva noyabrın 20-də sərhədi yenidən açdı, lakin bu yük maşınları ilişib qalıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью