Minsk qrupu fəaliyyətini rəsmən dayandırdı

01.12.2025

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ATƏT-in bəyanatında deyilir.

"ATƏT 2025-ci il sentyabrın 1-də Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra qəbul edilmiş Nazirlər Şurasının MC.DEC/1/25 qərarına uyğun olaraq, 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb", - bəyanatda bildirilib.

ATƏT-in Minsk prosesi Azərbaycan-Qarabağ münaqişəsinin həlli üçün 1992-ci ildə başlayıb. Əsas format Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi Minsk Qrupu idi. Avqustun 8-də Ermənistan və Azərbaycan ATƏT-də Vaşinqtonda Minsk qrupunun ləğvi ilə bağlı birgə bəyanat imzalayıblar.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью