Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq. Bu təşkilat Azərbaycan xalqının yaddaşında ədalətsizliyin simvolu kimi qalacaqATƏT-in Min
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında çıxış edərkən bildirib.
Hakan Fidan vurğulayıb ki, ATƏT-də mümkün islahatları əhatə edən kollektiv iş təşkilatın fəaliyyətini daha da "canlandırmağa" kömək edə bilər.
Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan isə iddia edib ki, ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə Paşinyan Əliyevə müharibə üçün kart-blanş verdi.
Onun sözlərinə görə, Minsk qrupunun ləğv edilməsi Azərbaycanın daha sərbəst şəkildə hərəkət etməsi üçün imkanlar yaradacaq.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ötən gün Minsk qrupunun bağlanması qərarının Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyən həyati addım olduğunu deyib.Politoloq Əlisahib Hüseynov Sherg.az-a deyib ki, ATƏT yarandığı dövrdən indiyə qədər Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırmaqla, bəlkə də, öz tarixində ilk dəfə düzgün addım atdı.
Ekspert vurğulayıb ki, Minsk qrupu özünü doğrulda bilməyən bədnam və bivec bir təsisata çevrilmişdi:"Üç həmsədrdən ibarət bu ermənipərəst qrupu, əslində, çoxdan tarixin zibilliyinə göndərmək lazım idi.
Və rəsmi Bakı da uzun müddətdir ki, məhz bu tələblə çıxış edirdi.