Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır. Sentyabrın 1-də ATƏT Nazirlər Şurası Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyy
Bu qərar yalnız prosedur deyil, o, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və uzun illər davam edən işğalın aradan qaldırılması ilə form
Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılmışdı.
ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi bu qurum Azərbaycan torpaqlarının bir hissəsini “mübahisəli ərazi” kimi təqdim etməyə çalışdı, müzakirələrdə ərazi bütövlüyü prinsiplərini arxa plana keçirərək həm Azərbaycanı, həm də Ermənistanı daimi asılılıq vəziyyətində saxlamağa çalışmaqla faktiki olaraq, uzun illər status-kvonun qorunmasına xidmət etdi.
Yalnız Azərbaycanın döyüş meydanında qələbəsi bu çıxılmazlığa son qoydu.
Vətən müharibəsində Azərbaycanın qələbəsi Cənubi Qafqazda yeni hərbi-siyasi reallıq yaratdı.
Sentyabrın 1-də qəbul olunmuş qərar beynəlxalq ictimaiyyətin regionda yaranmış reallığı qəbul etməsinin təsdiqidir.
Avqustun 8-də ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə edilmiş razılaşmaların praktik icrasını təmin edən bu addım, Azərbaycanın qətiyyətli və prinsipial diplomatik mövqeyinin beynəlxalq təsdiqidir.