Minsk Qrupunun ləğvini müzakirə etməyə hazırıq Nikol

26.03.2025

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Ermənistan hakimiyyəti Rusiya, ABŞ və Fransanın həmsədrləri olduğu ATƏT-in Minsk Qrupunun ləğvini müzakirə etməyə hazırdır.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Biz ATƏT-in Minsk Qrupunun buraxılmasını müzakirə etməyə hazırıq, çünki “Qarabağ hərəkatını” davam etdirmək niyyətində deyilik. Biz bunu ona görə etmirik ki, bundan sonra Azərbaycanın “Qərbi Azərbaycan” ifadəsini yaratmağa davam etməyəcəyinə əmin olmaq istəyirik”, - Paşinyan bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью