Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb... Prezident

26.04.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını deyərək, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd edib.

News24.az xəbər verir ki, Prezident İlham Əliyev bunu ATƏT-in Baş katibini qəbul edərkən bildirib.

Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi yollarla tam təmin etdiyini, bununla da ölkəmiz tərəfindən Helsinki Yekun Aktının, beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu deyib.//axar.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью