Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 10 iyun, AZƏRTAC
Belarus Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqlar platforması təklif edib.
AZƏRTAC xəbər verir ki, Belarusun xarici işlər naziri Maksim Rıjenkov bunu “Rossiya-24” telekanalına müsahibəsində deyib.
“Belarus həmişə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub. Biz bu münaqişəyə son qoyulması yollarını tapmaq üçün platformamızı təklif etmişik”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, çoxsaylı və uzunmüddətli əlaqələri olan Ukrayna ilə Rusiya arasında münaqişənin həlli zamanı Belarus ərazisi əlverişli meydança ola bilər.