MİQ də uğur qazanan müəllimlərin DİQQƏTİNƏ Son gündür

10.09.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün MİQ üzrə uğur qazanan müəllimlərin sənəd təqdimetmə müddəti başa çatır.
Bizim.Media xəbər verir ki, MİQ-in müsahibə mərhələsində uğur qazanan namizədlər tələb olunan sənədləri 10 sentyabr saat 18:00-dək aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
 

Qeyd edək ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.


Çıxarışını təsdiq etdirməyən, eləcə də müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью