Modern.az saytına istinadən Icma.az xəbər verir.
Son illərdə Azərbaycan dilindən düzgün istifadə əsas məsələlərdən birinə çevrilib. Bu konteksdə dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri yaradılması nəzərdə tutulur. Bəzi ölkələrdə isə artıq bu yaradılıb. Həmin məktəblərdə kimlərin çalışacağı isə əsas müzakirə mövzularından biridir.
Modern.az-a açıqlamasında təhsil sahələri üzrə ekspert Məzahir Məmmədli bildirib ki, artıq bu proses başlanıb:
“Məsələ ilə bağlı Diaspor İşi üzrə Dövlət Komitəsinin təşəbbüsləri var. Məsələnin daha peşəkar səviyyəyə çatdırılması üçün Elm və Təhsili Nazirliyinin bu məsələ ilə bağlı xüsusi proqramlar hazırlanııb və artıq dünyanın bir çox ölkəsində, xüsusilə azərbaycanlıların daha çox yaşadıqları yerlərdə bu təşəbbüslər var”.
Təhsil eksperti bildirib ki, bu dərslərin keçirilməsi üçün bilikli, bacarıqlı və MİQ imtahanından yüksək nəticə toplayan müəllimlər cəlb olunub.
“Məlumat üçün onu da qeyd edim ki, artıq onlayn məktəblərdə istifadə olunacaq elektoron dərsliklər bazası da Elm və Təhsil Nazirliyinin bazası hazırlanıb. Dərsləri keçən müəllimlər həmin vəsaitlərdən istifadə edəcək” – deyə M. Məmmədli bildirib.