Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin imtahan tarixlərinin nə zaman açıqlanacağı ilə bağlı namizədlər tərəfindən çoxsaylı suallara ünvanlanır.
Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) azedu.az-a bildirilib ki, müəllimlərin işə qəbulu prosesi ilə bağlı məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq:
"Qurumdan qeyd olunub ki, imtahanların dəqiq keçiriləcəyi tarixlə bağlı hazırda konkret məlumat yoxdur".
Qeyde edək ki, ötən həftə MÜTDA-nın direktoru Eşqi Bağırov Modern.az-a açıqlamasında həmin həftə ərzində Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının növbəti mərhələsinin tarixi ictimaiyyətə açıqlanacağını bildirmişdi.