MİQ iştirakçılarının sertifikatlaşdırmada orta balı 51 ə çatıb

30.06.2026

Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllimlərin İşə Qəbul (MİQ) imtahanından gələn müəllimlərin fənn bilikləri yüksəkdir

Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, MİQ imtahanlarından keçənlərin sertifikatlaşdırmada orta balı 51 bal, MİQ-də iştirak etməyənlərin sertifikatlaşdırmada orta balı 42 bal olub:

“Əvvəlki dövrdə MİQ imtahanlarında iştirak edərək 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub (keçid faizi – 99%). Onların 62%-i sertifikatlaşdırma imtahanından 51 bal və daha yuxarı nəticə əldə edib. Nəticə etibarı ilə MİQ-lə daha savadlı müəllimlər gəlir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью