MİQ müsabiqə ödənişi ilə bağlı təkliflər iki ay müddətində NK ya təqdim ediləcək

27.01.2026

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Elm və Təhsil Nazirliyi Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət İmtahan Mərkəzi ilə razılaşdırmaqla, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə (NK) təqdim edəcək.

Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Vurğulanır ki, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Belə ki, Prezident İlham Əliyev "Ümumi təhsil haqqında" Qanuna təsdiq etdiyi dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqə ödənişli olacaq.

Dəyişikliyə əsasən, ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər isə ödənişdən azaddır.

Məlik Məlikov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью