MİQ üzrə test imtahanı BAŞLAYIR

14.07.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gündən 2026/2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) test imtahanı mərhələsi başlanır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Redaktor.az-a bildirilib ki, test imtahanları iyulun 14-dən 18-dək ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.

Namizədlər imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatı şəxsi kabinetləri vasitəsilə əvvəlcədən əldə ediblər.

Test imtahanında namizədlərin ixtisas bilikləri, tədris metodikası və pedaqoji yanaşmalar üzrə hazırlıq səviyyəsi qiymətləndirilir.

Müsabiqənin növbəti mərhələlərinə test imtahanında müəyyən edilmiş keçid balını toplayan namizədlər buraxılacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью