Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Təhsil ekspertlərinin təklifi var ki, müəllimlərin işə qəbulu (MİQ) imtahanları, sertifikasiya imtahanları, ümumiyyətlə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən bütün imtahanlar Dövlət İmtahan Mərkəzinə (DİM) təhvil verilsin.
Bu imtahanlar DİM-ə verilməlidirmi? Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu məsə
Onun sözlərinə görə, burada bir neçə vacib məqam var. "Suallarla, dərslərin mahiyyəti ilə bağlı zaman-zaman məsələlər ortaya çıxır.
Burada söhbət ondan gedir ki, imtahan olunacaq şəxslər orta məktəblərdə işləyəcəklər, onların da imtahanları bu səbəbdən Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
Amma düşünürəm ki, gələcəyə doğru bütün imtahanları Dövlət İmtahan Mərkəzi vasitəsilə həyata keçirməyə çalışmalıyıq.
DİM bu imtahanları gələcəkdə keçirə bilər. Çünki burada zamanla irəli sürülən fikirlərdən biri iddia olunur ki, Elm və Təhsil Nazirliyi bu p
Bu səbəbdən bu məqam da nəzərə alınmalıdır. Gələcəkdə bu haqda düşünülə bilər.