Miqrant gəmisi batdı: 4 ölü

28.11.2024

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Egey dənizində miqrant gəmisi batıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Egey dənizindəki Samos adasının sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 4 nəfər həyatını itirib.

Bildirilib ki, ölənlərdən 2-i qadın, 2-i uşaq olub.

16 nəfərin xilas edildiyi, lakin batan qayıqda nə qədər sərnişinin olduğu bilinmədiyi üçün axtarış-xilasetmə işlərinin davam etdirildiyi qeyd olunub.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью