Miqrant, yoxsa İran agenti?

26.07.2026

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Yaxın Şərqlə La-Manş sahilləri arasında fəaliyyət göstərən qanunsuz miqrasiya marşrutlarına İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nəzarət edir. “The Telegraph” nəşrinin məlumatına görə, Britaniya hakimiyyəti kiçik qayıqlarla ölkəyə daxil olmağa çalışan və İranın kəşfiyyat strukturları ilə əlaqəli olduğu ehtimal edilən bir neçə nəfəri saxlayıb.
Avropadan miqrantların qanunsuz daşınmasını təşkil edən şəxslər bildiriblər ki, saxlanılan şəxslərin bir qisminin İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqələrinin olduğu güman edilir.
İddialara görə, SEPAH-ın "700" adlı bölməsi idarə etdiyi qaçaqmalçılıq şəbəkələri vasitəsilə Londonda öz adamlarını yerləşdirilib. Bu bölmə SEPAH-ın xaricdə əməliyyatlar həyata keçirən məxfi Qüds Qüvvələrinin logistik qanadı hesab olunur.
"Hələlik onlara heç bir tapşırıq verməmişik. Amma istəsək, Londonu sizin üçün asanlıqla təhlükəli şəhərə çevirə bilərik. Bu qaçaqmalçılıq marşrutları bizim üçün raketlərdən daha vacib və daha faydalıdır. Londona zərbə vurmaq üçün raketə ehtiyac yoxdur", – deyə “The Telegraph” qəzetinə danışan iranlı mənbə bildirib.
Tariyel Həsənov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью