Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Komor adaları yaxınlığında gəmi qəzası baş verib, nəticədə 17 nəfər ölüb.
Avtosfer.az "Habariza Comores"ə istinadən xəbər verir.
İlkin məlumatlara görə, göyərtəsində 51 miqrant olan gəmi gecə saatlarında Nqazica (Qrand-Komor) adasındakı Mitsamiuli yaşayış məntəqəsi yaxınlığında qəzaya uğrayıb.
Qeyd edilib ki, 30 nəfəri xilas etmək mümkün olub, bir neçə nəfər itkin düşmüş hesab olunur.