Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.
Yəmən sahillərində miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində azı 68 nəfər ölüb.
Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb.
"Faciə Yəmənin Ebyen əyalətinin sahillərində baş verib. Qayıqda 154 miqrant olub. Onlardan 68-nin cəsədi sahilə çıxıb. Daha 74 nəfər itkin düşüb. 12 nəfər xilas isə edilib",- deyə məlumatda bildirilib.
Nurlana Əhmədova
Missiya.Az