Miqrantları daşıyan qayıq batdı: ölənlər var

20.03.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.

Axar.az xəbər verir ki, İtaliya Sahil Mühafizə Xidmətinin və maliyyə polisinin patrul gəmiləri ilə 10 nəfər xilas edilib, həmçinin 6 cəsəd çıxarılıb. Qəza nəticəsində itkin düşən 40-dək miqrantın axtarışı davam edir.

Mühacirlərin Fil Dişi Sahili, Seneqal, Qvineya və Malayziya vətəndaşları olduqları bildirilib.

Tunisin Sfaks şəhərindən yola çıxan rezin qayıqda 56 nəfər olub

Bundan başqa, ötən gün Lampeduza adasına beş qayıqla, ümumilikdə, 213 miqrant gəlib. Hazırda adadakı miqrant düşərgəsində 230 nəfər var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью