Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
230 miqrant bir qayıqla qeyri-leqal yolla La-Manş boğazından Böyük Britaniyaya keçərək yeni “rekord” müəyyən edib.
Bu barədə “Sky News” telekanalı məlumat yayıb. Məlumatda deyilir ki, La-Manşdan keçməklə Böyük Britaniyaya bir qayıqla 230 nəfər gəlib ki, bu da rekord göstəricidir. Əvvəlki rekord ötən ay qeydə alınmışdı, həmin vaxt boğazı bir gəmidə 165 nəfər keçmişdi.
Telekanalın məlumatına görə, 2026-cı ilin əvvəlindən Böyük Britaniyaya 224 kiçik qayıqla 15 049 nəfər gəlib. Bununla yanaşı, avqustun 9-na olan vəziyyətə görə, kiçik qayıqlarla gələnlərin sayı 2025-ci ilin analoji dövrü ilə müqayisədə 42 faiz azalıb.
XQ