Icma.az bildirir, 525.az portalına istinadən.
Mərakeşdən Şimali Afrikada İspaniya ərazisi olan Seutaya kütləvi miqrasiya dalğasının yaratdığı böhran davam edir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə 85 mindən çox insan Mərakeş sahillərindən İspaniya sərhədinə üzərək gəlib.
İspaniya hökumətinin sərhəd təhlükəsizliyi tədbirlərini gücləndirməsi nəticəsində təxminən 74 minə yaxın miqrantın Mərakeşə qayıtdığı təxmin edilir.
Avropaya çatmaq üçün yola düşən, lakin geri qayıdan bəzi miqrantlar vəziyyətin ümid etdikləri kimi olmadığını bildiriblər. Bir çoxları günlərlə yemək tapa bilmədiklərini, açıq havada yatdıqlarını və döyüldüklərini vurğulayıblar.
Miqrasiya dalğasında həyatını itirənlərin sayı 88-ə çatıb. Lakin ölənlərin sayının daha çox olduğu bildirilir. Həyatını itirənlərin izdihamda əzilməkdən və ya üzməyi bacarmamaqdan öldüyü təxmin edilir.
"El Pais" qəzetinin məlumatına görə, Seutada cəsədlər üçün morq kimi xidmət edən soyuq saxlama yerləri yaradılıb.
Mərakeş İnsan Hüquqları Assosiasiyası (AMDH) Mərakeş dövlətinin hadisə ilə bağlı sükutunu tənqid edib.
Bir çox Avropa ölkəsi İspaniyadan gələn sərnişinlərə qarşı hava və dəniz yoxlamalarına başlayıb.
İbrahim Cəfərov