Miqrasiya sahəsində 27 xidmət elektronlaşdırılıb

29.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Dövlət Miqrasiya Xidməti vətəndaşlara və əcnəbilərə təqdim olunan xidmətlərin böyük hissəsini elektronlaşdırıb.

Modern.az xəbər verir ki, bu barədə media nümayəndələri üçün "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda təşkil olunan mediaturda məlumat verilib.

Bildirilib ki, hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən 27 xidmət elektronlaşdırılıb:

“Elektronlaşmayan xidmət isə qaçqın statusu ilə bağlıdır. 

22 xidmət ASAN Xidmət mərkəzlərində təqdim olunur.

Bundan əlavə, göstərilən xidmətlərin 16-sı ödənişsiz əsaslarla həyata keçirilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью