Miqrasiya Xidməti müraciət ünvanlayıb

04.12.2024

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

COP29 vizası ilə və ya vizasız qaydada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMTİDÇK) qeydiyyatından keçərək Azərbaycana gələn əcnəbilər qanunla nəzərdə tutulmuş müddətdən artıq ölkə ərazisində qalmaq zərurəti yarandıqda, müvəqqəti olma müddətinin uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. SİA xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumatda deyilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 40-cı maddəsində nəzərdə tutulmuş hallarda (xidməti zərurət, təcili müalicə və s.) ölkədə müvəqqəti olma müddəti 60 günədək uzadıla bilər:

"Bu halda əcnəbi və vətəndaşlığı olmayan şəxslər müvəqqəti olma müddətinin uzadılması üçün elektron qaydada (https://eservice.migration.gov.az/public/create-mom-application) və ya “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərələri vasitəsilə fiziki olaraq Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər. Qeyd edirik ki, ölkədə olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşamaq qanunla müəyyən edilmiş qaydada inzibati məsuliyyətə səbəb olur".

"Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - [email protected] maili vasitəsilə müraciət edə bilərsiniz", - deyə məlumatda bildirilib.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

sosial

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Sosial

DYP piyadalara müraciət edib

Sosial

Sahil Babayev Qubada vətəndaşları qəbul edəcək

Sosial

Bakı metrosunda 10 dəqiqəlik intervalın SƏBƏBİ

Sosial

ADSEA sədri Naxçıvana səfər edib - FOTO

Sosial

Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI

Sosial

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub

Sosial

Bəzi ərazilərə leysan yağacaq - PROQNOZ

Sosial

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB

Sosial

Ombudsman bir sıra tədbirlərdə iştirak edib - FOTOLAR

Sosial

Ombudsman Beynəlxalq Əlilliyi olan Şəxslər Günü tədbirində iştirak edib

Sosial

Qvineya-Bisaunun naziri “ASAN xidmət”də olub - FOTOLAR

Sosial

Toka verilən BROYLER TOYUQLAR - ARAŞDIRMA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью