Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlət Miqrasiya Xidmətinə (DMX) qəbul üzrə test imtahanının sual strukturunda dəyişiklik edilir.
Gununsesi.info xəbər verir ki, 2026-cı ildə keçiriləcək imtahandan sonrakı növbəti qəbul mərhələlərində namizədlərə Azərbaycan dili fənni üzrə suallar təqdim olunmayacaq.
Yenilənmiş imtahan modelinə əsasən, ümumilikdə 100 sualdan ibarət test tapşırıqlarının bölgüsü aşağıdakı kimi olacaq:
Qanunvericilik – 50 sual;
Məntiq – 20 sual;
Dünyagörüşü – 15 sual;
Emosional intellekt – 15 sual.
Beləliklə, imtahan proqramından çıxarılan Azərbaycan dili üzrə 15 sualı emosional intellekt üzrə 15 yeni tapşırıq əvəz edəcək.
Qeyd edək ki, cari il dekabrın 4-də keçiriləcək qəbul imtahanında namizədlər hələlik əvvəlki qaydalarla test imtahanı verəcəklər. Belə ki, həmin imtahanda 50 qanunvericilik, 20 məntiq, 15 Azərbaycan dili və 15 dünyagörüşü sualı təqdim olunacaq.
Yenilənmiş imtahan modeli isə dekabrın 4-də keçiriləcək mərhələdən sonra təşkil ediləcək qəbul müsabiqələrində tətbiq olunacaq.
Vüsal Artyom