Miqren, sinüzit, hətta iflic Duşdan sonra edilən bu hərəkət ölümcül ola bilər

30.07.2025

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gecə duş qəbul etdikdən sonra saçları qurutmadan yatmaq bir çox insan üçün adi hal sayılsa da, mütəxəssislər bunun çox ciddi sağlamlıq fəsadlarına yol aça biləcəyini xəbərdar edirlər. İlk baxışdan zərərsiz görünən bu vərdiş əslində bədənin müxtəlif hissələrində təhlükəli proseslərə səbəb ola bilər.

Yenisabah.az xəbər verir ki, yaş saçla yatmaq baş dərisinin uzun müddət nəm qalmasına səbəb olur. Bu isə beyin damarlarında spazmların yaranmasına, hətta zamanla miqren tipli baş ağrılarının daimi hal almasına gətirib çıxara bilər.

Soyuq mühitdə yaş saçla yuxuya getmək orqanizmin müdafiə sistemini zəiflədir. Bu, tənəffüs yollarının iltihablanmasına, xroniki öskürək, burun tutulması və sinüzit kimi narahatedici hallara səbəb ola bilər. pizza hut

Nəmiş mühitdə yatan saç dərisi bakteriya və göbələk üçün ideal şərait yaradır. Bu isə saç köklərinin zədələnməsi, qaşınma, hətta ciddi saç tökülməsinə qədər gedib çıxa bilər.

Ən qorxulu nəticələrdən biri isə üz sinirinin zədələnməsidir. Yaş saçla sərin otaqda yatmaq üz sinirinin iflicinə səbəb ola bilər. Bu hal nəticəsində üzün bir tərəfində qəfil uyuşma, ifadə pozğunluğu və uzunmüddətli reabilitasiya prosesi tələb oluna bilər.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью