Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Miqren sadə baş ağrısı deyil – zonklayıcı ağrı, ürəkbulanma, səs və işığa həssaslıqla müşayiət olunan nevroloji pozuntudur.
Axar.az E-saglam.az-a istinadən xəbər verir ki, genetik meyl, hormonal dəyişikliklər və həyat tərzindən əlavə, bəzi qidalar da miqren hücumlarına səbəb ola bilər.
Mütəxəssislərə görə, tiramin, nitrat, histamin, MSG və süni dadlandırıcılar kimi maddələr beyindəki damar quruluşuna təsir edərək miqreni tətikləyə bilər.
Bu səbəbdən bəzi qidalardan uzaq durmaq və ya onların miqdarını azaltmaq faydalı ola bilər.
Miqreni tətikləmə ehtimalı yüksək olan 8 qida: Fermentasiya olunmuş məhsullar – Parmesan, duzlu kələm kimi qidalar tiraminlə zəngindir.
Təzə pendirlərə üstünlük verin. Emal olunmuş ətlər – Kolbasa, sosis və s. Təbii proteinlərə keçid tövsiyə olunur.
Alkoqol – Xüsusilə qırmızı şərab. Histamin və tiramin miqdarına görə ehtiyatlı olun.