Miqreni olanlar üçün 3 türkəçarə

28.02.2025

Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Miqren ağrıları hətta dərmanla belə səngiməytən güclü baş ağrısıdır.

“Medicina” miqren zamanı ağrıları xəfiflədən xalq təbabəti reseptlərini təqdim edir:

Bal və şəkər ilə yaşıl çay. Bu, miqren hücumunu aradan qaldırmağın sürətli və əlverişli bir yoludur. Hətta həkimlər tərəfindən ilk yardım kimi tövsiyə olunur.

Xüsusi məhlul: 1 xörək qaşığı duz, 1 litr su, 10 ml kamfora spirit qarışdırılır. 1 həftə sərin yerdə saxlanılır.

Şiddətli baş ağrısının ilk əlamətində hazırlanmış məhluldan bir çay qaşığı götürün bir stəkan təmiz suya əlavə edib tez için.

Alma sirkəsi – miqren tutanda, qaranlıq otaqda uzanıb, boynu, başı lma sirkəsi ilə masaj edib, eləcə də 1 stəkan suya 1 qaşıq alma sirkəsi qatıb için.

Bütün bunlar köməkçi vasitələrdir, müalicə deyil. Miqren üzrə müasir protokollar və yeni dərmanlar var.


Aygün Musayeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью